12 C
Baku
Monday, November 25, 2024

TƏBİB-in tabeliyində yeni qurum yaradılıb, ona rəhbər təyin edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) tabeliyində yeni şirkət təsis edilib, ora rəhbər təyin edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, bu, “Rəqəmsal Tibbi Həllər” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət 100 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr. ev.206A-da dövlət qeydiyyatına alınıb.

Şirkətə baş icraçı direktor kimi Mehdiyev Ramil Yunis oğludur. R.Mehdiyev bundan öncə İcbari Tibbi Sığorta Agentliyində baş informasiya inzibatçısı idi.

Bundan başqa o,  “PAŞA Sığorta” ASC-də çalışıb.

Son xəbərlər
Digər xəbərlər