17 C
Baku
Tuesday, May 28, 2024

“TECHNOFUSION” ilə rəqəmsal transformasiya!

®Rəqəmsal transformasiya bu gün bütün dünyada maliyyə, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə diqqət mərkəzində saxlanılan əsas istiqamətdir. Hazırda həm dövlət, həm də özəl sektor biznes proseslərinə yeni texnologiyaların tətbiqini, müasir avadanlıq və ya proqram təminatının quraşdırılmasını, həmçinin idarəetmədə, korporativ mədəniyyətdə və xarici kommunikasiyada əsaslı dəyişiklikləri nəzərdə tutan rəqəmsal transformasiyanı inkişafa aparan yeganə yol kimi görür. Bir çox ölkələr, şirkətlər rəqəmsal transformasiyanın geniş tətbiqinə nail olmağa, blokçeyn texnologiyasını öz ölkələrinə gətirməyə çalışırlar ki, Azərbaycan da burada ön sıralarda yer alır.

Ölkəmizdə rəqəmsallaşma, rəqəmsal transformasiya istiqamətində keçirilən layihələr dövlət qurumları ilə bərabər özəl sektorda da geniş tətbiq olunmaqdadır. Bu sahədə həyata keçirilən ən uğurlu, yenilikçi və unikal layihələrdən biri blokçeyn texnologiyası əsasında idmançıların vahid reyestrinin yaradılmasıdır. Blokçeyn və rəqəmsal transformasiya ilə bağlı yüksək keyfiyyətli həllər təqdim edən Technofusion MMC tərəfindən yaradılan reyestrdə idmançıların bütün şəxsi məlumatları ən güclü kriptoqrafik alqoritmlərlə qorunur.

Blokçeyn əsasında vahid reyestr şəffaflığın artırılmasına xidmət edir

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) himayəsi altında keçirilən idman tədbirlərində idmançıların qeydiyyatı üçün hazırlanan bu platformanın ən mühüm və innovativ üstünlüklərindən biri özəl blokçeynin – Hyperledger Iroha-nın istifadəsidir ki, bunun sayəsində idmançıların əldə etdiyi nəticələrə şübhə etmək mümkün deyil. Bu həllin köməyi ilə idman federasiyaları və klubları öz idmançılarını müxtəlif tədbirlərdə iştirak etmək üçün qeydiyyatdan keçirə biləcək, idmançıların səhifələrində isə onların tədbirdə iştirakına dair blokçeynlə təsdiqlənmiş qeydlər və qazandığı yerlər əks olunacaqdır. Technofusion şirkətində Data Science istiqamətinin rəhbəri Aleksandr Kuklinin sözlərinə görə, bu layihə blokçeyn texnologiyasının kamilliyini real həyatda qiymətləndirməyə imkan verəcək.

AMADA-nın direktoru Şəfəq Hüseynli də bu reyestrin yaradılmasının şəffaflaşdırma istiqamətində antidopinq dünyasına təqdim edilən növbəti yenilik olduğunu deyib.

“Blokçeyn texnologiyasından istifadə idmançılar haqqında məlumatların itirilməsi və ya saxtalaşdırılması risklərinin qarşısını alır. Blokçeyn əsasında işləyən məlumat bazasında hansısa bloku silib və ya dəyişmək mümkün deyil. İdmançının bütün şəxsi məlumatları ən güclü kriptoqrafik alqoritmlərlə qorunur. Bu, antidopinq dünyasını daha şəffaf və dürüst edir”, – AMADA-nın direktoru qeyd edib.

Ölkədəki rəqəmsallaşma kənd təsərrüfatı sektorundan da yan keçməyib və blokçeyn əsasında yaradılan digər unikal platforma da məhz proseslərin səmərəliliyinin artırılmasına xidmət edir. Biznesi rəqəmsal sistemə çevirməyə kömək edən innovativ platforma yaratmaq çağırışına cavab verən Technofusion tərəfindən hazırlanmış bu platforma ölkədə kənd təsərrüfatı məhsullarının, bitkilərin etiketlənməsini nəzərdə tutur.

Blokçeyn texnologiyası ilə kənd təsərrüfatında səmərəlilik artırılır

Kənd təsərrüfatı sahəsinə də öz töhfəsini verən Technofusion şirkəti Algorand ictimai blokçeyninə əsaslanan platforma vasitəsilə müştərilərin aşağıdakı bir sıra əsas problemlərini həll etməyə müvəffəq olub:

  • zavodlar/istehsalçılar haqqında vahid məlumat bazasının yaradılması
  • bitkilərin partiyası ilə analiz üçün göndərilən nümunələr arasında dəqiq əlaqənin qurulması.
  • verilmiş keyfiyyət sertifikatlarının bitki sahələri ilə əlaqələndirilməsi
  • keyfiyyət sertifikatlarını vaxtında verilməsi və ləğv edilməsi, bu barədə potensial alıcıya operativ məlumat verilməsi
  • Keyfiyyətsiz məhsul satışının qarşısının alınması, qida təhlükəsizliyinin, bazarda keyfiyyətli toxum məhsullarının dövriyyəsinin təmin edilməsi və s.

Bir sözlə, rəqəmsal transformasiya insanlara çox geniş imkanlar təqdim edir. Müasir dünyada rəqəmsal transformasiyadan yan keçmək mümkün deyil. Bu gün demək olar ki, bütün sahələrdə rəqəmsallaşma əsas tələblərdəndir. Technofusion da təklif etdiyi həllərlə ölkədə müxtəlif sahələrdə mövcud tələblərə cavab verməyə, səmərəliliyin və şəffaflığın artırılmasına öz töhfəsini verməyə çalışır.

Technofusion ilə rəqəmsal transformasiyaya inamla addımlayın

Rəqəmsal iqtisadiyyat innovasiyaların və məhsuldarlığın artımına təkan verməklə, sektorların və bazarların rəqəmsallaşması yolu ilə daha aşağı xərclərlə daha keyfiyyətli mal və xidmət istehsalına şərait yaratmaqla iqtisadi inkişaf prosesinin sürətlənməsinə əvəzsiz töhfələr verir.

Rəqəmsal transformasiya sayəsində siz əməliyyat xərclərinizi azaldacaq, məhsuldarlığı artıracaq, müştərilərlə ünsiyyəti təkmilləşdirəcəksiniz. Blokçeyn texnologiyasının və rəqəmsal transformasiyanın imkanları sonsuzdur. Rəqəmsal transformasiyanın sizə yaratdığı bütün bu üstünlüklərdən yararlanmaq üçün Technofusion mütəxəssisləri sizin qulluğunuzdadır. İnkişafa doğru inamla addımlamaq və sizin üçün hazırladığımız ən son həllər sayəsində uğur qazanmaq üçün  +994 12 497 04 39 nömrəsi ilə bizimlə əlaqə saxlaya və ya e-poçt ünvanımıza yaza bilərsiniz.

Xatırladaq ki, Technofusion şirkəti 2016-cı ildə yaradılıb və o vaxtdan etibarən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində müştərilərə yüksək səviyyəli inteqrasiya və məsləhət xidmətləri təqdim edir. Şirkətin dünyanın aparıcı informasiya kommunikasiya texnologiyaları təchizatçıları olan “Microsoft” “Oracle”, “Cisco”, “Dell”, “Huawei” və s. ilə tərəfdaşlıq əlaqələri mövcuddur. Technofusion şirkətinin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı şirkətin LinkedIn, Facebookİnstagram səhifələrindən əldə edə bilərsiniz.

2 2

Son xəbərlər
 ⁠
Digər xəbərlər