26 C
Baku
Monday, June 24, 2024

“Tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

Qanunvericiliyə uyğun olaraq ərzaq məhsullarını (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alan dövlət müəssisə və təşkilatlarının növbəti il üzrə tələbatlarının elektron portalda yerləşdirilməsinə başlanılacaq.

Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə məlumatları (məhsulun adı, növü, miqdarı, çatdırılma ünvanı, dövriliyi və tezliyi və s.) iyun ayının 1-dən iyul ayının 1-dək “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında (tedaruk.az) yerləşdirməlidirlər.

Qeyd edək ki, elektron portal (tedaruk.az) dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər