26 C
Baku
Saturday, June 28, 2025

Tehran beynəlxalq və tranzit uçuşlar üçün İranın mərkəzi hava məkanını açıb

İranın mərkəzi və qərb ərazilərinin bir hissəsinin hava məkanı yalnız beynəlxalq və tranzit uçuşlar üçün açılıb.

Bu barədə İslam Respublikasının Yollar Və Şəhər Inkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhvan məlumat verib.

Onun sözlərinə görə, bu addım Mülki Aviasiya Təşkilatının koordinasiya komitəsinin qərarına və hazırkı şəraitdə təhlükəsizlik mülahizələrinə uyğun olaraq atılıb.

Qeyd edilib ki, mərkəzi hava məkanı daxili, beynəlxalq və tranzit uçuşlar üçün istifadə olunan ölkənin şərq hissəsinin hava məkanına əlavə olaraq açılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər