Hökumət Tehranda Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün mümkünlüyünü nəzərdən keçirir.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, Ermənistan İrandan dəvət alıb və hazırda bu məsələni iranlı həmkarları ilə müzakirə edir: “Nazirlər səviyyəsində dəvət daxil olub və Ermənistan, Azərbaycan, Gürcüstanın Xarici İşlər Nazirliklərinə göndərilib”.
Kostanyan əlavə edib ki, “3+3” formatı həm də Türkiyə, İran və Rusiya nümayəndələrinin iştirakını nəzərdə tutur.
Qeyd edək ki, ötən gün tezliklə İranda 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyinə, Ermənistanın da bu görüşdə iştiraka razılıq verməsinə dair xəbər yayılmışdı.