İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tehranda 3 tərəfli görüşü keçiriləcək.
Bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra jurnalistlərə deyib.
O bildirib ki, 3 tərəfli görüşün vaxtı bu gün Azərbaycanlı həmkarıyla müzakirələrdə müəyyənləşəcək və açıqlanacaq.