10 C
Baku
Thursday, December 12, 2024

Tehranın axtardığı alternativlər iqtisadi baxımdan rentabelli deyil

İRAINNIN YOLLAR VƏ ŞƏHƏRSALMA nazirinin müavini Xeyrullah Xademi Tehranın Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştirak etməyə hazır olduqlarını bildirib: “Ən qısa zamanda alternativ marşrut yaratmaq lazımdır ki, yol artıq Azərbaycan ərazisindən keçməsin, bu da ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyir”.

Söhbət İran və Ermənistanın “Qafqaz Dəhlizi” adlandırdığı dəhlizin salınmasından gedir. İran “Qafqaz Dəhlizi” ilə Ermənistan və daha sonra Gürcüstan ərazisiylə Rusiya və Avropaya çıxmağı hədəfləyir. Amma bu dəhliz nə dərəcədə səmərəlidir?

Əvvəlla, regionda yeni alternativ dəhlizin inşa edilməsi xüsusi xərc tələb edir və mövcud maliyyə imkanlarını nəzərə aldıqda Ermənistan nəqliyyat və logistikaya böyük sərmayə qoyluşu həyata keçirmək gücündə deyil. Uzun müddət sanksiyalara məruz qalan İranın da bu istiqamətdə resursları güclü hesab olunmur.

İkincisi, İran və Ermənistanın bəhs etdiyi ərazinin relyefi yeni dəhliz formalaşdırmaq baxımdan cəlbedici deyil. Hətta buna cəhd olunsa da belə bu müəyyən zaman alacaq.

Üçüncüsü, “Zəngəzur Dəhlizi” istifadəyə veriləndən sonra Qərb və Şərqin Azərbaycan üzərindən beynəlalq yükdaşımaları artıracağı gözlənilir. “Şərq-Qərb” Nəqliyyat Dəhlizinin genişlənməsi digər potensial alternativlərinin iqtisadi rentabelliyini ciddi şəkildə azaldacaq.

Dördüncüsü, Qərb və eləcə də Şərq sanksiyaların tətbiq olunduğu dövlətin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizindən daha geniş şəkildə istifadə maraqlı deyil. Eyni zamanda, “bir istiqamətdə yükdaşımalar” da belə dəhlizlərin iqtisadi səmərəlliyini azaldır.

Nəhayət, Azərbaycan beynəlxalq nəqliyat dəhlizlərinə digər infrastruktur o cümlədən yeni beynəlxalq hava limanları və Bakı-Tbilisi-Qars kimi dəmiryolu şəbəkəsi ilə inteqrasiya olunur və bu da ölkəmizin regionda Nəqliyyat Habına çevrilməsinə imkan verir.

Göründüyü kimi, rəsmi Tehranın axtardığı alternativlər iqtisadi baxımdan rentabelli olmamaqla yanaşı daha çox “siyasi manevr” məqsədi daşıyır.

MÜƏLLİF
Vüqar Bayramov

Son xəbərlər
Digər xəbərlər