Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib.
Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.
“Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir.
Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”, – deyə polis rəisi vurğulayıb.