13 C
Baku
Saturday, November 23, 2024

“TEKNOFEST”-də mükafatları Prezidentlər təqdim edəcək

“Bu gün bütün imkanlarımızla Azərbaycanın yanındayıq, sabah da bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Banker.az xəbər verir ki, bunu Türkiyənin sənayə və texnologiya naziri Mustava Varank “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində deyib.

“Biz Azərbaycan və Türkiyə üçün hədəf seçdik. Bizim müstəqilliyimizin sirri texnologiya həmləsidir. Biz milli texnologiya həmləsi ilə bizə qarşı olan ölkələrə meydan oxuduq. Bu gün bizə PUA satmayan ölkələr bizim texnologiyamızı almaq üçün sırada gözləyirlər. Bunun əsas sirri əzmimiz, idarəmizdir”, – deyə türkiyəli nazir bildirib.

Mustava Varank qeyd edib ki, gənclərə yol göstərilsə, bacarmayacaqları heç nə yoxdur: “Bu festivalda hər il yüz minlərlə övladımız iştirak edir. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında mükafatları birbaşa olaraq qardaş ölkələrin Prezidentləri təqdim edəcək. Şübhəsiz ki, “TEKNOFEST Türkiyə”dən sonra Azərbaycanda da tarixə keçəcək. Biz texnologiya baxımından müstəqil ola bilməməyin mənfi tərəflərini yaşamışıq. Bu gün Bakıda sadəcə festival təşkil etmirik. Dünyaya tək millət, iki millət şüarımızı bir daha çatdırırıq. Eşq olsun, Azərbaycan, eşq olsun, Türkiyə!”

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər