9 C
Baku
Friday, December 27, 2024

“TEKNOFEST” festivalında 3D printerində yaradılan təyyarə, helikopter və avtomobillər təqdim olunub

Türkiyənin Adana şəhərində keçirilən “TEKNOFEST-2024” Aviasiya, Kosmonavtika və Texnologiyalar Festivalında 3D printerində yaradılan təyyarə, helikopter, avtomobil və gəmilər təqdim olunub.

Xüsusi proqram təminatı sayəsində süni intellektin köməyi ilə yaradılan bu kiçik pilotsuz maşınlar avtonom şəkildə işləyə bilir.

İzmirdə yerləşən “Craft Channel” şirkətinin mütəxəssisləri bildiriblər ki, ilkin mərhələdə 3D dizaynı hazırlanır və təsdiqlənir, daha sonra çap prosesi və proqram təminatının inteqrasiyası aparılır.

Pilotsuz nəqliyyat vasitələrinin yaradılması prosesinin videoları internetdə yerləşdirilir və milyonlarla insan tərəfindən izlənilir.

Şirkət qarşısına real gəmi, təyyarə və avtomobil ölçüsündə qurğular yaratmaq məqsədini qoyub, “Craft Channel” qeyd edib ki, onun fəaliyyətinə maraq durmadan artır.

17281115862198211340 1200x630 17281115862721331896 1200x630 17281115862624944810 1200x630 17281115865749053604 1200x630

Son xəbərlər
Digər xəbərlər