Tap-on-Phone (ToP) Mastercard zəmanəti ilə işləyən debet və kredit kartlarından EMV standartlı təmassız ödənişləri qəbul etməyə imkan verən proqram təminatıdır. Şirkətlər öz mağazalarında satış proqramlarını Tap-on-Phone-a inteqrasiya etdikdə, Android smartfonları və korporativ Android cihazları ilə ödənişləri qəbul edə bilirlər. Şirkət Tap-on-Phone tətbiqini hazırda işçilərinin istifadə etdiyi Android smartfonlarına yükləyərək heç bir vəsait xərcləmədən POS terminala çevirə bilər. Və ya şirkət Tap-on-Phone proqram təminatını Android ilə işləyən mövcud korporativ cihazlarına inteqrasiya edə bilər. Həmçinin şirkətlər işçilərinə smartfon verməklə və ya onların alışını asanlaşdırmaqla Tap-on-Phone platformasına inteqrasiya edə bilərlər.
Ümumi praktikada müştərilər mağazada yalnız kassada ödəniş edə bilirlər və bir çox hallarda bu ödəniş üçün növbə gözləməli olurlar. Tap-on-Phone-a inteqrasiya olunmuş şirkətlərin müştəriləri telefonlarında quraşdırılmış Tap-on-Phone proqramı ilə bütün mağaza işçiləri vasitəsilə növbə gözləmədən ödənişlər edə bilərlər.
Hər kəs alış-veriş etmək istədiyi mağazaya gedib təmassız kredit kartı ilə ödəniş etmək istədikdə mağazanın daha əvvəl banklardan və ya kassa aparatı satan şirkətlərdən aldığı təmassız POS cihazlarından istifadə etməyə vərdişdir. Ancaq bu cihazların alınması həm vaxt aparır, həm şirkətlər üçün cihaz asılılığı yaradır.
Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tap-on-Phone inteqrasiyaları Mastercard-ın inteqrasiya tərəfdaşı Propay tərəfindən həyata keçirilir. Tap-on-Phone mobil tətbiqi şirkətə inteqrasiya olunmaq üçün fərdiləşdirilir və proqram qısa müddətdə hazır olur. Mövcud vəziyyətdə şirkətlərin banklarla bağladıqları təkbətək müqavilələr eyni şəkildə etibarlıdır. Burada şirkətlər üçün ən mühüm üstünlük odur ki, platforma bir çox banklarla inteqrasiya olunduğu üçün hər bir bankla ayrı-ayrılıqda müqavilə bağlamağa ehtiyac yoxdur. İnteqrasiya 1 aydan az müddətdə tamamlana bilər.
Mastercard və Propay-in bir çox şirkətlərlə inteqrasiyası və test mərhələsi hələ də davam edir. Yaxın gələcəkdə platformaya inteqrasiya olunmuş şirkətlərin sayının sürətlə artacağı gözlənilir.