29 C
Baku
Sunday, June 26, 2022

“Telegram” 1 mlrd. dollarlıq istiqraz yerləşdirdi

Pavel Durova məxsus olan “Telegram Group” şirkəti (“Telegram” messencerinin sahibi) beşillik konvertasiya olunan dollar istiqrazlarını illik 7 faizlə yerləşdirib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Verilən məlumata görə, yerləşdirmə martın 12-də reallaşıb. “Bloomberg” əlavə olaraq qeyd edir ki, iştirak etmək üçün minimum lot 500 min dollar olub. İstiqrazlar 2026-cı ilə qədər yerləşdirilib, kupon müddəti altı ay təşkil edir. İlk kupon ödəməsi 2021-ci ilin sentyabr ayında planlaşdırılır.

“Telegram”ın birjaya çıxması halında istiqraz sahibləri qiymətli kağızları 10% endirimlə səhmlərə çevirə biləcəklər. Yerləşdirmənin təşkilatçısı “Telegram” özü olub. Rusiyada yerləşdirmə agenti “VTB Capital” və “Aton” idi.

Qeyd edək ki, “Telegram Group”un konvertasiya olunan istiqrazlar yerləşdirərək ən az 1 milyard dollar qazanmağı planlaşdırması fevral ayının ortalarında məlum olmuşdur.

Daha sonra istiqraz buraxılışının “Telegrram”a maliyyə problemlərinin həllində kömək edəcəyi ortaya çıxmışdır. Aprel ayının sonuna qədər şirkət sərmayəçilərə 600 milyon dollar qaytarmalıdır və bu səbəbdən Pavel Durovun komandası qiymətli kağızlar hesabına 1 milyard dollar cəlb etməyə qərar verib.

“VTimes” bildirir ki, birjada yerləşdirmədən əldə olunan gəlirin böyük hissəsi investorlara olan borcların tez bir zamanda qaytarılmasına yönəldiləcək. Pulun qalan hissəsi “Telegram”ın inkişafı və əməliyyat fəaliyyətinə xərclənəcək. Plana görə, vəsaitlər aşağıdakı nisbətdə bölünəcək:

– avadanlıqların alınması və modernləşdirilməsi üçün 35%;

– istifadəçi yoxlanışını dəstəkləmək üçün 25%;

– işçilərin mükafatlandırılması üçün 15%;

– məlumat mərkəzlərində yer icarəsi üçün 15%;

– internet-trafik provayderlərinə ödənişlər üçün 5%;

– texniki dəstək üçün 5%.

Bundan əlavə, borcları ödədikdən sonra “Telegram” messencerin monetizasiyasına başlamaq niyyətindədir. Əsasən populyar “Telegram” kanallarına reklam yazıları yerləşdirməkdən pul qazanmaq planlaşdırılır. Belə ki, 42 milyon aktiv kanal təxminən 350 milyard baxış sayı deməkdir. 2025-ci ilə qədər kanallardakı hər onuncu post kommersiya məqsədli ola bilər.

Son xəbərlər
Oxşar xəbərlər