“Telegram” bir il ərzində istifadə olunmayan bütün kanal ünvanlarını silib. Messencerin yaradıcısı Pavel Durovun sözlərinə görə, bu, axtarışı asanlaşdırmağa kömək edəcək.
O, aydınlaşdırıb ki, istifadəçi adlarının təxminən 70%-i qeyri-aktiv kanallar kimi qeyd edilib. Bu, axtarış nəticələrini qarışdıran və başqalarının hesabları üçün ünvan seçimini çətinləşdirən “ölü istifadəçi” adlarından ibarət “qəbirstanlıq” yaradıb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Durovun fikrincə, yeni qaydalar istifadəçilərin böyük əksəriyyətinin xeyrinə olacaq.