7 C
Baku
Sunday, December 15, 2024

Telegram-da reklam gəlirlərinin yarısı kanal sahibləri ilə paylaşılacaq

Mesajlaşma və sosial media tətbiqi Telegram reklam gəlirlərinin 50 faizini kanal sahibləri ilə bölüşəcək.

Telegram-ın təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durov verdiyi yazılı açıqlamada platformada yayımlanan kanalların ayda 1 trilyon baxış əldə etdiyini bildirib.

Bu baxışların yalnız yüzdə 10-unun “Telegram Reklamları” vasitəsilə gəlir əldə etdiyinə diqqət çəkən Durov, Telegram Reklamları platformasının gələn aydan etibarən təxminən 100 ölkədə reklamçılara təqdim ediləcəyini bildirib.

Platformanın açıldığı ölkələrdəki kanal sahiblərinin reklam gəlirlərindən pay alacaqlarını bildirən Durov, “Bu ölkələrdəki kanal sahibləri Telegram-ın öz kanallarında reklam göstərərək əldə etdiyi gəlirin yüzdə 50-ni almağa başlayacaqlar” deyib.

Durov qeyd edib ki, TON adlı blokçeyn reklam gəlirlərini təhlükəsiz və tez reallaşdırmaq üçün istifadə olunacaq.

Dünyanın məşhur mesajlaşma və sosial media proqramlarından biri olan Telegram-ın aylıq aktiv istifadəçilərinin sayı 2023-cü ilin sonuna kimi 800 milyon nəfərə çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər