“Telegram” messenceri bütün istifadəçilərə “Hekayələr” dərc etmək və onlara baxmaq imkanı verən yeniləmə təqdim edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Xatırladaq ki, “Hekayələr” funksiyası 2023-cü ilin iyul ayında təqdim olunub və yalnız “Premium” istifadəçiləri üçün əlçatan olub.
“Hekayələr”ə şəkil, video və ya geo-etiket (geometry) yerləşdirmək olur. “Hekayələr”i dərc etməzdən əvvəl müəllif onu yaddaşda saxlamağı və ya skrin etməyi qadağan edə bilər. Paylaşımlar seçiminizdən asılı olaraq 6, 12, 24 və ya 48 saat qalır.
“Telegram”ın yaratdığı yeniliklərdən biri “Hekayələr”ə baxış statistikasıdır. Filtrlərdən istifadə edərək, siz baxışları seçə və onları vaxta və ya reaksiyalara görə çeşidləyə bilərsiniz. Qeyd edək ki, “Premium” istifadəçilər üçün inkoqnito rejimi mövcuddur.