12 C
Baku
Wednesday, December 11, 2024

“Telegram” istifadəçi sayına görə “Snapchat” və “Twitter”i keçib

“Telegram” messenceri dünyanın ən populyar onlayn platformaları siyahısında 11-ci olub.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Pavel Durovun rəhbərliyi ilə inkişaf etdirilən bu xidmət istifadəçi sayına görə ilk dəfədir ki, “Snapchat” və “Twitter”i keçib.

Qeyd edildiyi kimi, sosial şəbəkələrin ümumi auditoriyası 2020-ci ildə 13% artaraq 4.2 milyarda çatıb. Onlar arasında ən çox “Facebook” populyarlıq qazanıb – bu platformada qeydiyyatdan keçənlərin sayı 2.7 milyardı keçib.

Sıralamada ikinci yerdə 2.3 milyard istifadəçi auditoriyası olan “YouTube” durur. İlk üçlüyü 2 milyard istifadəçi ilə “WhatsApp” messenceri tamamlayır. Eyni zamanda, ilk beşliyə “Facebook Messenger” (1.3 milyard istifadəçi), “Instagram” (1.2 milyard), “WeСhat” (1.2 milyard), “TikTok” (689 milyon), QQ (617 milyon), “Douyin” (600 milyon) və “Sina Weibo” (511 milyon) daxil olub.

500 milyon insanın qeydiyyatdan keçdiyi “Telegram” siyahının 11-ci sətrini tutur. Messencer istifadəçi sayı baxımından “Snapchat” (498 milyon), “Kuaishou” (481 milyon), “Pinterest” (442 milyon), “Reddit” (430 milyon), “Twitter” (353 milyon) və “Quora”nı (300 milyon) keçib. Müqayisə üçün: 2019-cu ildə “Telegram” hətta ilk 15-liyə belə daxil deyildi.

Ekspertlərin fikrincə, bu, “WhatsApp” messencerinin siyasət qaydalarını dəyişdirmək planları ilə əlaqəli olub. Bu xəbərdən sonra cəmi üç gün ərzində “Telegram”da 25 milyon insan qeydiyyatdan keçib.

Son xəbərlər
Digər xəbərlər