24 C
Baku
Bazar, May 29, 2022

“Telegram” kontentin kopiyalanmasının qarşısını alan funksiya təqdim edib

“Telegram” messencerin yeni versiyasını təqdim edib. İndi qrup və kanallar kontentin kopiyalanmasına yol verməmək üçün “repost” və “screenshot” funksiyalarını qadağan edə bilərlər.

Banker.az xəbər verir ki, “Kanal və qrup yaradıcıları izləyicilərə foto və videoları yükləməyi, mesajları başqalarına yönəltməyi və ekranın görüntüsünü çəkməyi qadağan etmək imkanına malik olacaqlar”, – deyə mesajda bildirilir.

Üstəlik, “Telegram” müəyyən gün və ya müddət ərzində yazışmaların tarixini silməyə icazə verəcək. Yenilik yalnız şəxsi söhbət otaqlarına aktiv olsa da, digərlərində mesajların gün, həftə və ya ay sonra avtomatik silinməsini sazlamaq mümkündür.

Digər yeniliklər arasında – qoşulmuş cihazların idarə edilməsi imkanlarının genişləndirilməsi, zəng vasitəsilə avtorizasiyanın həyata keçirilməsi, iOS 13 və daha yeni versiyalı cihazlar üçün şəkildən mətnin seçilməsi və s. funksiyalar var.

Son xəbərlər
Oxşar xəbərlər