8 C
Baku
Friday, March 29, 2024

Telegram öz blockchain-platformasını və kriptovalyutasını yaradır

Banker.az xəbər verir ki, Telegram messenceri öz blockchain-platformasını və kriptovalyutasını yaratmağı planlaşdırır. Üçüncü nəslin platforması Telegram Open Network, valyutanın özü isə gram adlanacaq.

Layihənin işə salınması ICO hesabına həyata keçiriləcək. Onun həcminin isə kifayət qədər böyük olacağı təxmin edilir, belə ki, bu startapın adından deyil, artıq bazarda yerini tutmuş layihənin adından həyata keçiriləcək.

Telegram Pre-ICO çərçivəsində 500 milyon dollara qədər vəsait cəlb etmək imkanını nəzərdən keçirir. Tokenlərin potensial ümumi dəyəri isə 3 milyarddan 5 milyard dollara qədər təşkil edəcək. Bu rəqəmlər hələ ki, ilkin qiymətləndirmədir və daha sonradan düzəliş edilə bilər.

Həmçinin, Telegram bu ilin IV rübündə şəxsi elektron pulqabısını işə salmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər