21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Telegram” qruplarda səsli söhbət otaqları funskiyasını işə salıb

Screen Shot 2021 09 02 at 14.34.20

“Telegram” qruplarda audiokonfrans funksiyasını işə salıb. Sosial şəbəkənin verdiyi məlumata görə, bu söhbət otaqlarına eyni anda minə qədər istifadəçi daxil ola bilər.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Səsli söhbət otağını qrup administratoru aça bilər. Bunun üçün “Daha” və “Səsli söhbət otağı” düymələrini basmaq lazımdır. Adi zənglərdən fərqli olaraq, burada vaxt təyin etməyə ehtiyac yoxdur – səsli “chat” hər zaman açıqdır.

Qeyd edək ki, qrupda hansı istifadəçilərin olduğu telefonun (və ya kompüterin) ekranında görünür. Hər bir iştirakçı istədiyi anda söhbətə qoşula bilər. Bununla yanaşı, səsli söhbət otağına qoşulduqdan sonra şəxsi mesaj yazmağa və göndərməyə davam etmək olar. Mikrofonu idarə edən düymələr ekranın üzərində görsənməyə davam edir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər