14 C
Baku
Monday, October 28, 2024

“Telegram” telefon nömrəsinin təsdiqi funksiyasını işə salıb

“Telegram”ın baş direktoru Pavel Durov telefon nömrələrini verifikasiya etməyə imkan verəcək “Gateway” xidmətinin istifadəyə verildiyini elan edib. Məlumata görə, bir kodun göndərilməsinin qiyməti dünya üzrə $0.01 təşkil edəcək. Göstərilən nömrə “Telegram”da qeydiyyatdan keçməyibsə, istifadəçidən heç bir ödəniş tutulmayacaq.

Durovun sözlərinə görə, bununla da bir çox şirkətlər verifikasiya xərclərindən qaça biləcəklər, çünki “Telegram” bir milyarda yaxın istifadəçinin nömrəsini yoxlayıb.

“Qiymətlərimiz görünməmiş dərəcədə aşağıdır, ona görə də “Telegram Gateway”in bizim üçün əhəmiyyətli gəlir mənbəyi olacağına əmin deyiləm. Amma ümid ediəm ki, bu təşəbbüs bir çox xidmətlərin xərclərini və qiymətlərini azaltmaqla dünyanı daha səmərəli edəcək”, – Durov söyləyib.

Pavel Durov oktyabrın əvvəlində “Telegram”da bir neçə yeni funksiyanı elan edib. Xüsusilə, messencerdə mesajlara media faylları göndərildikdən sonra əlavə etmək və mesajın dəyişdirildiyi vaxta baxmaq mümkün olub.

Son xəbərlər
Digər xəbərlər