16 C
Baku
Monday, October 27, 2025

“Telegram” tokenləşdirilmiş ABŞ səhmləri ilə ticarəti işə salıb

“Telegram” messencerinə ABŞ qiymətli kağızları ilə ticarət funksiyasını əlavə edilib. Beləliklə, “Crypto Wallet” istifadəçiləri ABŞ-nin ən böyük şirkətlərinin səhm və fond paylarını ticarət edə biləcəklər.

Şirkət bildirir ki, ABŞ maliyyə bazarına çıxış ölkənin kriptovalyuta birjası “Kraken” və “Backed Finance” platforması ilə əməkdaşlıq sayəsində mümkün olub.

Tokenləşdirilmiş ABŞ səhmləri ilə ticarət funksiyası oktyabr ayının sonunda bəzi regionlarda əlçatan olacaq. Zaman keçdikcə bu aktiv növlərini istifadə edə biləcək ölkələrin siyahısı genişləndiriləcək. Tokenləşdirilmiş səhm və ETF-lərlə əməliyyatlar aparmaq üçün istifadəçilərin “Telegram”da doğrulama prosesindən keçməsi kifayətdir. Əməliyyatlar ABŞ dollarına bağlı olan USDT ilə həyata keçirilir.

Hazırda istifadəçilər ümumilikdə 58 səhm və ETF-lərə çıxış əldə ediblər. Gələcəkdə şirkət tokenləşdirilmiş aktivlərin siyahısını daha da genişləndirməyi planlaşdırır.

Ənənəvi birjalardan fərqli olaraq, “Crypto Wallet” vasitəsilə tokenləşdirilmiş ABŞ səhmləri ilə ticarət həftədə beş gün, gündə 24 saat mövcud olacaq və ABŞ birjalarının iş vaxtından asılı olmayacaq. Tokenləşdirilmiş səhm sahiblərinə həmçinin dividendlərin ödənilməsi də mümkün olacaq. Tokenləşdirilmiş səhm ticarəti üzrə komissiya 2026-cı ilin 1 yanvarına qədər tutulmayacaq.

Son xəbərlər
Digər xəbərlər