21 C
Baku
Monday, April 29, 2024

“Telegram” və “VKontakte” şəbəkələrinin qurucusu Pavel Durovun uğur hekayəsi

2020-ci ilin oktyabr ayının 10-u Pavel Durovun 36, onun qurduğu sosial şəbəkənin (VKontakte) isə 14 yaşı oldu. Bu gün Durov Rusiyanın ən böyük internet-layihəsini itirsə də, dollar milyarderinə çevrilməyi bacardı.

2006-cı il oktyabrın 10-da Pavel Durov VKontakte sosial şəbəkəsini işə saldı. Bu layihə Rusiyanın ən böyük layihələrindən biridir və auditoriyasının böyük hissəsini tələbələr təşkil edir. Qeyd edək ki, Pavel Durov Telegram-ı inkişaf elətdirmək üçün VKontakte layihəsini tərk etdi və dollar milyarderinə çevrildi. 35-ci il dönümündə Durov həyatından və biznes-karyerasını qurduğu dövrdə yaşadığı təcrübədən danışdı.

VKontakte layihəsinin əsas investorları Vyaçeslav Mirilaşvili və Lev Leviyev olmuşdur. Layihəyə bir neçə min dollar sərmayə qoyandan sonra, onların şirkətdə 55,5%-lik paya sahib oldular. Durovun payı cəmi 12% təşkil edirdi.

Layihənin növbəti investoru Mail.ru Group oldu. Bu, o dövrdə Mail.ru Group-da direktorlar şurasının üzvü olan Yuriy Milnerin təşəbbüsü idi. 2010-cu ilin payızında holdinqin şirkətdəki payı artıq 24,99%-ə çatmışdır.

2011-ci ilin əvvəlində Mali.ru Group-un baş direktoru Dmitriy Qrişin VKontakte layihəsini satın almaq istədiyini bildirdi. Pavel Durov buna qarşı idi və o, Mail.ru Group-un Mirilaşvili və Leviyevə məxsus olan payın satın alınması müqaviləsini dondurdu.

2012-ci ildə Mail.ru Group-un ən böyük səhmdarlarında  biri olan Alişer Usmanov, şirkətin idarə olunması işini Durova həvalə etdi. “Mail.ruVKontakte-nin təsisçiləri səhmlərini birləşdirəcəklər. Biz istəyirik ki, sükan arxasında yaradıcılar əyləşsinlər”.

2013-cü ilin aprelində İlya Şerboviçə məxsus olan United Capital Partners (UCP) fondu Mirilaşvili və Lavievin sahib olduğu səhm paketinin 48%-ni satın aldı. Bundan xəbər tutan Pavel Durov çox qəzəbləndi. O elə düşünürdü ki, UCP kölgə səhmdar kimi fəaliyyət göstərir və VKontakte layihəsini öz nəzarəti altına götürmək istəyən Rusiya hökumətinin maraqlarından çıxış edir. Fondun nümayəndələri bu versiyanı rədd etdilər.

“VKontakte” layihəsini almaq üçün $400 mln. xərcləmək

UCP-nin nümayəndələri Durovun tənqidlərinə cavab olaraq VKontakte şəbəkəsinə qarşı bir sıra iddialar açdılar. Xüsusilə, fond sosial şəbəkə komandasının yeni layihə – Telegram üzərində işləməsinə qarşı idi. Bu servis 2013-cü ildə, WhatsApp-ın alternativi kimi işə salınmışdır.

Korporativ mübahisə 2014-cü ildə Durovun sahib olduğu səhm paketinin 12%-ni Usmanov İvan Tavrin adlı şəxsə satması ilə nəticələndi. Forbes-un verdiyi məlumata görə, bu payın qiyməti 400 milyon dollar idi. Bir neçə aydan sonra Tavrin paketi Mail.ru Group-a satdı.

VKontakte layihəsini tərk etdikdən sonra Durov Rusiyanı da tərk edir və bildirir ki, bir daha geri qayıtmağı düşünmür. Həmin dövrdən bəri sahibkarın əsas biznesi Telegram-dır və o, 250 000 dollara Sent-Kits və Nevis-in vətəndaşlığını aldı.

Sahibkar əlavə olaraq qeyd edir ki, Telegram bundan sonra da pulsuz xidmət kimi qalacaq. Buna baxmayaraq, xidmətin potensial qiyməti yenə də artmağa davam edir: hələ 2016-cı ildə Forbes Durovun mülkünü 600 milyon dollar dəyərində qiymətləndirmişdir.

Kriptovalyutaya $1,7 mlrd. xərcləmək

2016-cı ilin fevralında Durovun verdiyi məlumata görə, Telegram-ın daimi istifadəçilərinin sayı 100 milyon təşkil edib, 2018-ci ildə isə 200 milyon. Bundan əlavə, sahibkar layihənin satılması və ya institusional investisiyaların cəlb edilməsi kimi variantları istisna etmir. Forbes-un qiymətləndirmələrinə görə, 2017-ci ilin Telegram-ın qiyməti 1 milyard dollar təşkil etdi ki, həmin ildə Pavel Durov dollar milyarderinə çevrilmiş oldu. 2018-ci ilin fevralında onun mülkü artıq 1,7 milyard dollar təşkil edirdi.

Həmin ildə messencer yeni layihələri inkişaf etdirmək üçün (GramTON blokçeyn platforması) 170 müxtəlif investorlardan 1,7 milyard dollar vəsait cəlb etmişdir: QIWI-nin qurucusu və baş direktoru Serqey Solonin və Bimm-bill-danna nın təsisçisi David Yakobaşvili.

2019-cu ilin fevralında Forbes Pavel Durovun mülkünü artıq 2,7 milyard dollar dəyərində qiymətləndirmişdir. 2019-cu ilin yayında isə Anton şirkəti Gram kriptovalyutasının dəyərini bir tokenə görə 2,2-8 dollar dəyərində qiymətləndirib. Müvafiq olaraq, diapazonunun orta qiyməti 5,1 dollar təşkil edir. Anton şirkətinin proqnozlarına görə, 2028-ci ildə bir Gram-ın qiyməti 15-30 dollara çatacaqdır, lakin bunun üçün TON blokçeyn platformasının uğurla işə salınması tələb olunur. Bu proqnozlar gerçək olacaqmı? Platforma işə salınandan sonra (bir həftədən sonra) biləcəyik.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər