9 C
Baku
Sunday, November 17, 2024

Telegram”ın qurucusu daha bir vətəndaşlıq alıb

“Telegram” və “VKontakte”nin qurucusu Pavel Durov 2021-ci ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşlığını alıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bu, iş adamının dördüncü vətəndaşlığıdır (Sent-Kits və Nevis, Fransa və Rusiyadan sonra). Durov 2017-ci ildən Dubayda yaşayır. Bundan əvvəl o, Amerikanın “Forbes” jurnalından onun adının Rusiyadan olan bir sahibkar kimi çəkməməyi xahiş etmişdi.

Durov BƏƏ vətəndaşlığını 2021-ci ilin fevralında alıb. O həmçinin bildirib ki, BƏƏ və Fransa pasportları ilə səyahət etməyi planlaşdırır. Eyni zamanda Pavel Rusiyaya səfər etmir və səkkiz ildir ki, bu ölkədə heç bir aktivə malik deyil.

2021-ci ilin fevralında Durov Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum ilə görüşüb. Verilən məlumata görə, onlar “Telegram”ın uğur hekayəsini və BƏƏ-də texnologiya startaplarının inkişaf perspektivlərini müzakirə ediblər. Xatırladaq ki, Durovun şirkətinin baş ofisi Dubayda yerləşir.

Son xəbərlər
Digər xəbərlər