20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Telegram” videozəng funksiyasını işə salır

Screen Shot 2021 09 02 at 14.34.20

“Telegram”da may ayında videozəng funksiyası olacaq.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin qurucusu Pavel Durov messencerrdəki kanalında yazıb.

Onun sözlərinə görə, yenilik ekran istifadəsini, şifrləmə, səs-küyü aradan qaldırma, o cümlədən kompüterlər və planşetlərin dəstəyini ehtiva edir. Bundan əlavə, Durov tətbiqin iki yeni veb-versiyasının – “WebK” və “WebZ” – istifadəyə verilməsi ilə əlaqədar sevincini bölüşüb.

Bu versiyalar 14 apreldə işə düşüb. Orada hər gün istifadə etdiyimiz bütün alətlər olsa da, gizli otaqlar, “audio-chat”, videozəng, faylların redaktəsi və multihesab funksiyaları yoxdur.

Xatırladaq ki, 26 apreldə messencer istifadəçilərə səkkiz ödəmə xidmətləri vasitəsilə ödəniş etmək funksiyasını təqdim edib. Keçən ilin dekabrında Durov “Telegram”da monetizasiyanı işə salıb. Bununla yanaşı, bütün digər xidmətlər pulsuz qalacaq.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər