2 C
Baku
Saturday, December 14, 2024

“Telegram” yeni funksiyaları işə salır

“Telegram” messenceri biznes hesablar üçün yeni funksiyaları işə salır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Onun vasitəsilə biznes hesabları istifadəçilərə onları maraqlandıran məsələlərlə bağlı nə vaxt əlaqə saxlaya biləcəklərini qeyd edə biləcəklər.

Tətbiq həmçinin ünsiyyət üçün hazır cavablardan istifadə etmək funksiyasını əlavə edəcək: biznes hesabları əvvəlcədən təyin edilmiş şablonlardan istifadə edərək mətn, şəkillər və video ilə mesajlar yaradıb göndərəcəklər. Bu, müştərilərlə ünsiyyət prosesini sürətləndirəcək.

Bununla belə, tərtibatçılar yeni funksiyaları hələ rəsmi açıqlamayıblar.

Son xəbərlər
Digər xəbərlər