7 C
Baku
Thursday, December 12, 2024

“Telegram” yeni funksiyanı işə salır

“TON” süni intellekt həllərində ixtisaslaşmış “HumanCode” şirkəti ilə əməkdaşlıq edərək teleqram istifadəçiləri üçün biometrik identifikasiyanı inteqrasiya edir.

Bu barədə “TON”un rəsmi saytında məlumat verilib.

Bildirilib ki, tərəfdaşlığın əsas məqsədi innovativ biometrik doğrulama sisteminin yaradılması və həyata keçirilməsidir.

O, teleqram istifadəçilərinə barmaq izlərini skan edərək şəxsiyyətlərini təsdiq etməyə imkan verəcək.

Bu təşəbbüs təkcə rahat identifikasiya üçün deyil, həm də botlarla mübarizə üçün hazırlanır.

Qeyd edilib ki, bu texnologiya kriptovalyuta Airdrops və tranzaksiyaların təhlili kimi yüksək səviyyədə orijinallıq və məxfilik tələb edən əməliyyatlarda əsas rol oynayacaq.

Son xəbərlər
Digər xəbərlər