23 C
Baku
Friday, April 19, 2024

“Telegram”da bu funksiyalar yeniləndi

“Telegram” 200 və ya daha çox adamdan ibarət qruplarda mövzular üzrə ayrıca çatlar yaratmaq imkanı da daxil olmaqla, yeniləmələr hazırlayıb.

Messencer həmçinin bir neçə kolleksiya publik adlarının çatlara qoşulmasına icazə verib və yeni emojiləri istifadəyə verib.

“Söhbətlərdə məlumat axınını izləməyi asanlaşdırmaq üçün 200 və daha çox üzvü olan qrup administratorları artıq mövzular üzrə müzakirələr təşkil edə bilərlər. Yeni funksiya müəyyən müzakirələr üçün əsas qrup daxilində ayrıca çatlar yaratmağa imkan verir”, – “Telegram” bildirib.

Premium abunəçilərin indi səsli mesajların transkripsiyasına girişi var: “Bu yeniləmədən başlayaraq premium istifadəçilər yeni videomesajın transkripsiya funksiyası sayəsində nitqi dərhal videolardan mətnə ​​çevirə biləcəklər”.

Son xəbərlər
Digər xəbərlər