16 C
Baku
Monday, May 20, 2024

“Telegram”da Premium abunə işə düşür – Hansı funksiyalar olacaq?

“Telegram” messenceri Premium abunə xidmətini işə salmağı planlaşdırır, hansıki özündə bir neçə ödənişli funksiya və xüsusiyyəti ehtiva edir, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Bildirilir ki, abunənin qiyməti ayda $4.99 olacaq.

Premium versiyada aşağıdakı funksiyalar olacaq:

–         Reklam olmayacaq;

–         Səsli mesajları mətnə konvertasiya etmək mümkün olacaq;

–         Unikal rekaksiyalar, stikerlər, animasiyalı avatarlar və digər əlavələr;

–         Yüksək yükləmə sürəti;

–         4 Gb-a qədər faylları yükləmək imkanı;

–         Bir qovluqda söhbət otaqlarının sayının 2 dəfə artması;

–         Dialoqların idarə edilməsi.

Xatırladaq ki, hələ 2020-ci ilin sonunda “Telegram”ın yaradıcısı Pavel Durov messencerdə reklamı söndürmək imkanından danışıb. Onun sözlərinə görə, bu funksiyanı ona istifadəçilər özləri təklif edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər