16 C
Baku
Tuesday, April 30, 2024

“Telegram”da pul kisəsi funksiyası olacaq

Noyabr ayından etibarən pul kisəsi funksiyası “Telegram” parametrlərində görünəcək.

Bu barədə messencerin yaradıcısı Pavel Durov öz kanalında məlumat yayıb.

O bildirib ki, kripto pul kisəsinin tətbiqə inteqrasiyası tərtibatçılara messencerə yüzlərlə yeni faydalı funksiya əlavə etməyə imkan verəcək.

Qeyd edək ki, “Wallet” kripto pul kisəsi funksiyası ilk dəfə 2022-ci ilin yanvarında “Telegram” istifadəçiləri üçün əlçatan olub. Messencerin noyabr yeniləməsindən sonra yenilik ABŞ və bəzi digər ölkələrdən kənarda olan hər bir istifadəçinin parametrlərində görünəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər