27 C
Baku
Tuesday, July 29, 2025

“Telegram”da üz tanıma texnologiyası ilə yaş təsdiqi funksiyası istifadəyə verildi

“Telegram” mesencerində üz tanıma texnologiyasından istifadə edərək istifadəçilərin yaşını təsdiqləyən rəsmi bot fəaliyyətə başlayıb.

Bu barədə “Durova Code” portalı məlumat yayıb.

Yeni funksiya hələlik yalnız Böyük Britaniya ərazisində aktivdir və yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq olunur. Botun təsvirində qeyd edilir ki, istifadəçi şəkilləri və digər şəxsi məlumatlar yalnız istifadəçinin cihazında emal olunur və heç bir halda xarici serverlərə ötürülmür.

Qeyd edək ki, iyulun 25-dən etibarən Böyük Britaniyada onlayn platformalara yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan qorumağı məcburi edən yeni qanuni tənzimləmələr qüvvəyə minib. Yeni yaş təsdiqi funksiyası da bu tələblərin icrası məqsədilə təqdim edilib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər