12 C
Baku
Saturday, November 23, 2024

“Telegram”ın 2023-cü ildə zərəri $173 mln. təşkil edib

“Telegram”ın 2023-cü ildə gəliri 342 milyon dollar, əməliyyat xərcləri 108 milyon dollar, ümumi zərəri isə 173 milyon dollar təşkil edib. “FT” yazır ki, zərər “Toncoin” də daxil olmaqla “Telegram” balansındakı rəqəmsal aktivlərin dəyərinin artması ilə qismən kompensasiya edilib, Banker. az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Platformanın özü hesabatlarını dərc etmir. “FT” materialında qeyd edildiyi kimi, 2023-cü ildə “Telegram”ın rəqəmsal aktivlərinin ümumi dəyəri təxminən 400 milyon dollar təşkil edib, “Toncoin”in dəyəri 20% azalaraq 5.46 dollara enib.

Fransada Pavel Durova qarşı başladılan təhqiqat “Telegram”ın yaxın iki il ərzində IPO keçirmək planlarını poza bilər, çünki investorlar və reklamçılar platformaya investisiya qoymaq istəməyəcəklər. Yazda Pavel Durov bildirmişdi ki, şirkətdə pay almaq istəyən investorlar onu 30 milyard dollar dəyərində qiymətləndiriblər.

İyul ayına qədər “Telegram”ın aylıq auditoriyası 950 milyon nəfərə çatıb. “TechCrunch” xəbər verir ki, Pavel Durovun həbsindən sonra ilk günlərdə bütün dünyada iOS platformasında yükləmələrin sayı 4% artıb. Fransada bu günlərdə tətbiq sosial şəbəkələr arasında yükləmələrə görə birinci yerə, ümumi siyahıda isə üçüncü yerə yüksəlib.

Həbsindən dörd gün sonra, avqustun 28-də Paris məhkəməsi Pavel Durovu 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altında azad edib. O, “Telegram”da fırıldaqçıların hərəkətləri və messencerin Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı altı maddə üzrə ittiham olunub.

Son xəbərlər
Digər xəbərlər