12 C
Baku
Saturday, November 23, 2024

“Telegram”ın aylıq auditoriyası 900 milyon nəfərə çatıb

“Telegram” messencerinin aylıq auditoriyası 900 milyon nəfərə çatıb.

Bu barədə platformanın yaradıcısı Pavel Durov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, auditoriyanın yarısı bu kanaldan hər gün istifadə edir.

Eyni zamanda, “DataAI” platformasının məlumatına görə, “Telegram” dünyada ən çox istifadə edilən və yüklənən altıncı tətbiq oldu.

Pavel Durov əlavə edib ki, “Telegram” bu ilin birinci rübündə müsbət pul axınına nail olub. Platforma 2024-cü ildə mənfəət əldə etmək yolundadır.

Son xəbərlər
Digər xəbərlər