“Telegram” messencerinin yaradıcısı Pavel Durov messencerin fəaliyyətində yaranmış problemə aydınlıq gətirib.
Pavel Durov “Twitter” səhifəsində yazaraq bildirib ki, buna səbəb Avropadakı serverlərin klasterində elektrik enerjisi qidalanmasının sönməsi olub.
“@telegram serverlərinin klasterlərində qidalandırmanın söndürülməsi Avropada problemlərə səbəb olub. Hazırda bu premin aradan qaldırılması üçün çalışırıq. Ancaq hər şey məlumatların emalı mərkəzinin provayderi enerji avadanlığını qaydasına salınmasından asılıdır”, – deyə Durov yazıb.
Xatırladaq ki, bundan əvvəl istifadəçilər messencerin fəaliyyətində problemlərin yaranmasından şikayətlənirdilər.