15 C
Baku
Thursday, November 13, 2025

“Telegram”ın təsisçisinin Fransadan çıxışına qoyulan məhdudiyyətlər götürülüb

“Telegram”ın təsisçisi Pavel Durov Fransadan çıxışını məhdudlaşdıran məhkəmə nəzarət tədbirlərinin ləğv edilməsinə nail olub.

Bu barədə “France Presse” agentliyi məhkəmə mənbəsinə istinadən məlumat yayıb.

“Telegram” təsisçisi Pavel Durova xaricə çıxmağı qadağan edən tədbirlərin ləğvinə nail olub”, – mənbə bildirib.

Onun sözlərinə görə, “Telegram”ın təsisçisi məhkəmə nəzarətinə mükəmməl əməl edib: “Pavel Durov 2024-cü ilin avqust ayının sonundan Fransada olub. Qüvvədə olan məhkəmə nəzarəti tədbirlərinə əsasən, ona ölkəni tərk etmək qadağan edilmişdi və o, həftədə iki dəfə polis komissarlığına yaxınlaşmağa məcbur idi”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər