2 C
Baku
Sunday, December 15, 2024

Telekanal şahzadə Harri və Meqan Markldan müsahibə almaq üçün $7 mln. ödəyib

Amerikanın “CBS” televiziya kanalı şahzadə Harri və onun həyat yoldaşı Megan Markldan müsahibə almaq üçün 7 milyon dollardan çox pul ödəyib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Kanal bu reklamdan 19.5 milyon dollardan çox qazanc əldə edib.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, “CBS” kral ailəsindəki münasibətlər haqqında təfərrüatları öyrənmək üçün iki saatlıq müsahibəyə görə 7-9 milyon dollar ödəyib.

Bununla yanaşı, bu müsahibə zamanı reklamın qiyməti adi dövrlərdəki tariflərlə müqayisədə təxminən iki dəfə artıb. Beləliklə, 30 saniyəlik reklam təxminən 325 min ABŞ dolları dəyərində olub. “Business Insider”in hesablamalarına görə, ümumilikdə telekanal reklamdan 19.5 milyon dollardan çox qazanc əldə edib.

Əsas reklamverənlər “Toyota” və “Procter & Gamble” şirkətləri, həmçinin “Discovery+”, “Apple TV+”, “Paramount+” və “Netflix” kimi striminq xidmətləri olub. Ümumilikdə müsahibəni 17 milyondan çox tamaşaçı izləyib.

Şahzadə Harri və Meqan Marklın ifşaları Böyük Britaniya cəmiyyətində rezonans doğurub. Belə ki, şahzadənin həyat yoldaşı Harrinin qohumlarının bətnindəki körpələrinin dəri rəngini müzakirə etdiklərini etiraf edib, çünki Marklın anası afroamerikalı olub. Harrinin həyat yoldaşının sözlərinə görə, oğlu dünyaya gəldikdə, ona “dərinin nə dərəcədə qara olacağına dair narahatlıqlar və müzakirələr” səbəbindən “titul və mühafizə vermək istəmirdilər”. Markl kral ailəsinin bəzi üzvlərinin təzyiqinin onu intihar düşüncəsinə sövq etdiyini söyləyib.

Rəsmi olaraq Bukinhem sarayı yayımlanan müsahibəni hələ şərh etməyib, lakin “YouGov” sorğu şirkətinin verdiyi məlumata görə, ingilislərin demək olar ki, yarısı (47%) şahzadə Harri və onun həyat yoldaşının özlərini qeyri-adekvat apardıqlarını söyləyib. Respondentlərin yalnız 21%-i cütlüyə dəstək olduğunu açıqlayıb.

Qeyd edək ki, şahzadə Harri və onun ailəsi tez-tez medianın diqqət mərkəzində olur. Belə ki, Harri və Meqan Markl öz maliyyə müstəqilliklərini təmin edəcəklərini ifadə edərək, 2020-ci ilin martından yüksək statuslardan və imtiyazlardan rəsmi olaraq imtina etmişdilər. Cütlük Kanadaya köçüb və orada şəxsi biznesini qurub.

Son xəbərlər
Digər xəbərlər