Azərbaycandakı telekommunikasiya şirkəti “Delta Telekom LTD” MMM 2018–2024-cü illər ərzində ümumilikdə 97.68 mln. manat həcmində dividend ödəyib. Bu müddət ərzində 164.5 mln. manat xalis mənfəət əldə edib.
Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Dividend ödənişləri illər üzrə ən yüksək göstərici 2022-ci ildə 33.33 mln. manat, ən aşağı göstərici isə 2020-ci ildə 11.11 mln. manat təşkil edib.
Hesabatdan görünür ki, şirkət mütəmadi olaraq mənfəətini səhmdarlar arasında bölüşdürüb və xüsusilə 2022-ci ildə dividend ödənişini əhəmiyyətli dərəcədə artırıb. 2023-cü ildə isə bu göstərici 15.79 mln. manata qədər azalıb.
Dividendlər, mln. manatla:
▫️2018: 20.78
▫️ 2019: 11.11
▫️ 2020: 16.67
▫️ 2023: 33.33
▫️ 2024: 15.79
Bununla yanaşı, “Delta Telekom LTD” MMM-in nizamnamə kapitalı bütün dövr ərzində dəyişməyərək 27 min manat səviyyəsində sabit qalıb. Bu isə şirkətin kiçik kapital nizamnamə kapitallna rəğmən yüksək həcmdə dividend ödədiyib.
“Delta Telekom LTD” MMM-in 2024-cü il üzrə xalis mənfəəti illik müqayisədə 0.48% artaraq 33.78 mln. manat təşkil edib.
Xatırladaq ki, 2000-ci ildən fəaliyyət göstərən “Delta Telekom” Qafqaz regionunda telekommunikasiya və informasiya texnologiyaları sahəsindəki operatorlardan biridir. Şirkət 27 min manat nizamnamə kapitalına sahibdir. Şirkət korporativ müştərilər, dövlət qurumları, banklar və özəl müəssisələrə kompleks həllər təqdim edir. Bundan əlavə, “Delta Telekom” regionun ən iri internet super magistralına sahibdir və müasir texnologiyalarla təchiz edilmiş infrastrukturu vasitəsilə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir.






