23 C
Baku
Wednesday, April 23, 2025

Telekommunikasiya şirkəti zərərdən mənfəətə keçib – Yarım milyonluq xalis mənfəət!

Azərbaycanda telekommunikasiya xidmətləri həyata keçirən şirkət “BeeOnline” ASC keçən 2023-cü ildə zərərdən xalis mənfəətə keçib. Hesabat müddətində 541 min manat xalis mənfəət əldə edib. Halbuki, 2022-ci ildə şirkətin zərəri 510 min manat olmuşdu.

Banker.az xəbər verir ki, şirkət bu xalis mənfəətin əldə olunmasına iki maddədəki irəliləyişlə nail ola bilib.

Belə ki, əsas əməliyyat gəlirini son bir ildə 23 faiz artımla 2 milyon 553 min manata qaldırarkən, əsas əməliyyat xərclərini 23 faiz azaltmaqla 2 milyon 13 min manata endirib. Nəticə etibarı ilə əməliyyat zərəri öncəki ildə 508 min olarkən, bu il bu rəqəm 541 min manat mənfəətə çevrilib.

Xərclərinin əsasını amortizasiya ayırmaları (522 min manat) və işçilərə ödənilən əməkhaqqı (189 min manat) təşkil edib. Keçən il şirkət yeni yarandığından xammala 295 min manat xərc çəkmişdi.

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “BeeOnline” brendi altında abunəçilərə müxtəlif telekommunikasiya xidmətləri təklif edən internet şirkətidir. Şirkət 2021-ci ildə Sumqayıtda təsis edilib. Təsis edilərkən 4000 manat nizamnamə kapitalı olsa da cari ildən bu rəqəm 697 000 manata qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər