“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi adını və təşkilati-hüquqi formasını dəyişir.
Banker.az xəbər verir ki, adını və təşkilati-hüquqi formasını dəyişərək “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-yə çevrildiyini elan edir.
Teleradio İB respublikada radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.
Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Teleradio İB-nin aşağıdakı obyektləri (stansiyaları) daxil edilmişdir:
- Bakı Teleqüllə Kompleksi
- Gülüstan RTYS
- Lerik RTYS
- Əhmədbəyli RTYS
- Poylu RTYS
- Zaqatala RTYS
- Gəncə RTYS