Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Teleradio İstehsalat Birliyinin (Birlik) cəmi aktivləri bu il yanvarın 1-nə 17,31 mln. manat təşkil edib.
Qurumun maliyyə hesabatına istinadən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,5% azdır.
2017-ci ildə Birliyin uzunmüddətli aktivləri 2,2% azalaraq 14,051 mln. manata, cari aktivləri isə 1,8% artaraq 3,258 mln. manata çatıb.
Hesabat dövründə rabitə müəssisəsinin cəmi öhdəlikləri 7,4% azalaraq 1,805 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri dəyişməyərək 755 min manat, qısamüddətli öhdəlikləri isə 12,1% azalaraq 1,05 mln. manat, cəmi kapitalı isə 0,75% azalaraq 15,505 mln. manat olub.
Ötən il Birliyin xidmətlərin göstərilməsindən gəliri 10,082 mln. manat (əvvəli ilə nisbətən 10,9% çox), xidmətlərinin maya dəyəri 7,587 mln. manat (8,9% az), inzibati xərcləri 2,927 mln. manat (39,7% çox), sair gəlirləri 349 min manat (71,9% çox), məzənnə fərqindən zərəri 33 min manat (əvvəlki il gəlir olub) təşkil edib. Son nəticədə qurum 2017-ci ili 116 min manat xalis zərərlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 9,65 dəfə azdır.
©Report