26 C
Baku
Saturday, April 20, 2024

TeliaSonera Azərbaycanı tərk edir

TeliaSonera Azərbaycanı tərk edir

İsveçin telekommunikasiya nəhəngi TeliaSonera Azərbaycan da daxil olmaqla Avrasiya regionu ölkələrində fəaliyyətini tədricən dayandıraraq bu regionu tərk edəcəyini açıqlayıb.

Virtualaz.org saytı şirkətdən yayılan rəsmi açıqlamaya istinadən xəbər verir ki, TeliaSonera “Avrasiya” regionunda fəaliyyətini məhdudlaşdıraraq “Avropa” regionuna fokuslanacağını, eyni zamanda İsveçin özündə telekommunikasiya biznesini genişləndirəcəyini bildirir.

“TeliaSonera” Azərbaycanın ən iri mobil rabitə operatoru “Azercell”in də səhmdarıdır.

“Biz “Avrasiya” regionunda fəliyyətimizi ixtisar edərək hansısa müddətdən sonra bu regionu tamamilə tərk etmək prosesini başlatmışıq”- deyə şirkət bəyan edir.

Şirkətin bu qərarının səbəbi göstərilmir. Lakin TeliaSonera son illər Avrasiya regionu ölkələrində ciddi korrupsiya qalmaqalları ilə qarşılaşıb. Bu korrupsiya qalmaqallarına dair hazırda ABŞ və bir neçə Avropa ölkəsində istintaq gedir.

Həmin korrupsiya qalmaqallarına görə səhmlərinin yarıdan çoxu İsveç dövlətinə məxsus olan şirkət ciddi tənqidlərə məruz qalıb.

TeliaSonera şirkətinin “Avrasiya” regionuna Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Gürcüstan və Nepal daxildir. Rusiya bu şərti regiona daxil deyil.

Şirkətin icraçı direktoru Yohan Dennelind bildirib ki, son iki ildə TeliaSonera-nın “Avrasiya” regionundakı şirkətlərində korporativ və etik standartların yüksəldilməsinə dair görülmüş işlər sayəsində bu şirkətlərdə idarəetmə səviyyəsi yüksəlib.

“Və indi başqaları bu şirkətləri bizdən sonra uğurla inkişaf etdirə bilər. Biz başa düşürük ki, bu şirkətlərdəki investisiya iştirakından çəkilmək mürəkkəb iş olacaq və vaxt aparacaq.

Bu prosesi bir bazardan başlayıb digərində davam etdirəcəyik, çünki hər ölkənin və hər şirkətin öz unikal situasiyası var, ancaq bizim vəzifəmiz regionu tamamilə tərk etməkdir”-deyə Yohan Dennilend bildirib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər