14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Telman Əliyev qurumun baş icraçı direktoru təyin edilib

faizlere

Telman Əliyev “Caspian European Club”un baş icraçı direktoru təyin edilib.

“Caspian European Club” verilən xəbərə görə, ali rəhbərliyin bu qərarı “Caspian European Club” tərəfindən keçirilən beynəlxalq tədbirlərin coğrafiyasının genişlənməsində və xarici nümayəndəliklərin yaranmasında mühüm və zəruri addım olaraq qəbul edilib.

Bu vaxta kimi “Caspian European Club”un baş icraçı direktorunun vəzifələrini icra edən Mustafa Abbasbəyli Polşada “Caspian European Club” nümayəndəliyinin rəhbəri və “Caspian Energy Poland”ın icraçı direktoru təyin edilib.

Əliyev Telman Eldar oğlu 1976-cı il avqustun 3-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1991-ci ildə “Pionerskya pravda”, “Komsomolskaya pravda” və “Molodyoj Azerbaydjana” qəzetlərində ştatdankənar müxbir kimi başlayıb. İlk dəfə 1988-ci ildə “Pionerskaya pravda” qəzetində çap olunub. 1991-ci ilin dekabrında bir qrup jurnalist və sinif yoldaşları ilə birgə “Molodyoj Azerbaydjana” qəzetinin bazasında DİNA (DİNA İnternational) adlı sosial araşdırmalar və ictimai rəyin tədqiqi agentliyi yaradıb.

1999-cu ildə rebrendinq və təsisçilər heyətində aparılan dəyişikliklər nəticəsində şirkətin adı dəyişdirilərək Caspian Energy Marketing qoyulub. 1993-cü ildən Xəzər-Qara dəniz və Baltik regionlarındakı iqtisadi proseslərin işıqlandırılması və irəli çəkilməsi ilə məşğul olan bir sıra elektron və çap kütləvi informasiya vasitələrinin, internet portallarının, marketinq və konsaltinq şirkətlərinin yaradılmasının təşəbbüsçüsü, rəhbəri və məsləhətçisidir. 1998-ci ildə Hərbi Akademiyanı bitirib. 1999-2006-cı illərdə “Caspian İnternational Media Group”un prezidenti olub. 2006-cı ildə “Caspian Energy International Media Group”un baş məsləhətçi vəzifəsində çalışıb. 2011-ci il mayında “Caspian Energy International Media Group”un direktorlar şurasının sədri seçilib.

2001-ci ildən Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə və Aİ dövlətlərində marketinq, brend-menecmentlik, PR və hökumətlə əlaqələr üzrə neft şirkətlərinin, maliyyə və sənaye qruplarının konsultantıdır. 2003-cü ilədək fəal kommersiya fəaliyyəti ilə məşğul olub. 2008-ci ildən “Nadir qabiliyyətlərin tətqiqi və inkişafı” mərkəzi çərçivəsində idmançıların beynəlxalq yarışlardakı nəticələrinin yaxşılaşdırılması məqsədilə ictimai əsaslarla Azərbaycan, Qazaxıstan və Gürcüstanın idman federasiyaları ilə psixoloq və krizis-menecer qismində əməkdaşlıq edir. 2002-2013-cü illərdə “Caspian Eurpean Club”un prezidenti və baş icraçı direktoru olub. 2013-cü il aprelin 5-dən “Caspian European Club”un baş icraçı direktorudur. 2015-ci il dekabrın 16-dan “Caspian European Club”un sədrin birinci müavini və baş icraçı direktorudur. 2016-cı il dekabrın 24-dən “Caspian American Club”un Sədrin birinci müavini və baş icraçı direktorudur. 2017-ci il noyabrın 15-dən “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavinidir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər