Telman İsmayılovun bacısı oğlu adam oğurluğu ilə bağlı ittihamları rədd edir

Rusiya İstintaq Komitəsi Telman İsmayılov və onun bacısı oğluna qarşı cinayət işi açıb

Rusiya İstintaq Komitəsi qiyabi olaraq həbs edilmiş Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı iş açıb. O, 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında şübhəli bilinir.

Bu barədə TASS məlumat verib.

“İstintaqın versiyasına görə, 2004-cü ildə Telman və qohumu oğurlamağa cəhd göstərərək Avraam Russonun birgə konsert fəaliyyətinə cəlb etməyə çalışıblar”, – iş adamının vəkili Marina Rusakova bildirib. Onun fikrincə, bu ittiham absurddur.

Report