14 C
Baku
Sunday, November 24, 2024

Telman İsmayılovun eksklüziv müsahibəsi

“Pullar sakitliyi sevir”. AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov bu qaydanı yaxşı bilir. O 80-ci illərin ortalarında Moskvada məskunlaşıb və 1989-cu ildə AST qrupunu yaradıb. O bu günə qədər müsahibə verməyib və sakit şəkildə öz biznesini inkişaf etdirib və qrupu 3 milyard dollar dəyəri olan səhmlərlə zənginləşdirib. O bütün bunları “Vedomosti” qəzetinə verdiyi müsahibəsində etiraf edib. 

– Moskvada öz yolunuzu nədən başladınız?

İlk olaraq Ticarət nazirliyində iqtisadçı vəzifəsində işlədikdən sonra, “Vostokintorq” şirkətində ekspert olaraq işlədim. Bu şirkət idxal-ixrac əməliyyatları ilə məşğul olurdu. 1988-ci ildə “Коммерческая благотворительная фирма” adlı ticarət kooperativi yaratdım. 13 iyul 1989-cu ildə isə bu günə qədər fəaliyyət göstərən AST qrupunu yaratdım. Qrupun adını isə oğlullarımın adından – Alik, Sərxan, Telmandan götürmüşəm. Bir il 3 aya Moskvada 52 kommersiya mağazası açdım. Məndən əvvəl şəhərdə heç kim bununla məşğul olmurdu. Bundan sonra “Лужники” bazarını açdım. Şirkət isə zamanla bir çox istiqamət üzrə stabil olaraq inkişaf etməyə başladı.

– Sizi kim dəstəkləyirdi? Moskva məmurları? Yəqin ki, onlar da gəlirin bölüşdürülməsində iştirak ediblər.

– Xeyr, sadəcə iş sərfəli idi.

– Sizə sərfəli…

– Hamıya. Dövlətə də. Çünki dövlət əhalini məhsul ilə təmin edə bilmirdi. O zaman “Мосторгодежда” adlı şəbəkə var idi və piştaxtaları boş idi. Mən “Мосторгодежда”-nın icraçı direktorunun yanına getdim və həmin əraziləri mənə icarəyə verməsini dedim: “Onsuz da, heç nə qazanmırsınız”. O razılaşdı və icarə haqqı ilə əməkdaşların maaşlarını ödəyirdi.

– İmperiyanız nə vaxt inkişaf etməyə başlayıb?

– 90-cı illərin ortalarında. Pullar gəlirdi, onları isə harasa yatırmaq lazım idi. Mən ideyalar düşünürdüm. Məsələn, biz çox sayda Çin məhsulları alır, bir neçə yerli fabriklərin illik dövriyyələrini satın alırdıq. Sonradan başa düşdüm ki, bütün bunları burada da yaratmaq mümkündür və biz Moskvada 3 fabrik yaratdıq. Daha sonradan 150 avtomobil alaraq AST-Taksi şirkətini yaratdım. Bundan başqa, “Московский полиграфический дом”-u alaraq onu Rusiyanın ən yaxşı tipoqrafiya şirkətinə çevirdik. Bu şirkətin hazırda Rusiyada analoqu yoxdur. Restoran və kafelər açdıq və hazırda onların sayı təqribən 100-dür. Daha nələrə – zinət əşyalarına, kənd təsərrüfatına, tikinti məhsullarına və s.-ə pul yatırmadıq?!

– Şirkətiniz siyasi risklərdən nə dərəcədə asılıdır?

– Şirkət heç bir şəkildə siyasi risklərdən asılı deyil. Məsələn, 1998-ci ilin böhranı zamanı şirkətin böyük bir hissəsi uçurumun kənarında olsa da, biz qalib gəldik və 1,7 milyon dollar qazandıq.

Son xəbərlər
Digər xəbərlər