“Temu”nun sahibi Kolin Huang Çinin ən zəngin adamı olub, bu barədə “Bloomberg” yazıb. Qeyd edək ki, Kolin “Bloomberg”in dünyanın ən varlı adamları reytinqində 25-ci yerdədir. Milyarderin sərvəti 48.6 milyard dollardır.
2021-ci ildən bu yana Çinin ən zəngin adamı “Nongfu Spring” şirkətinin sahibi və həmtəsisçisi Zhong Shanshan olub. Hazırda onun sərvəti 47.4 milyard dollar olaraq qiymətləndirilir, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Xatırladaq ki, cənab Kolin əvvəllər “Google”da mühəndis işləyib. 2015-ci ildə o, insanların ucuz məhsullar ala biləcəyiniz e-ticarət platforması olan “Pinduoduo”nu qurub. “Bloomberg”ə görə, Kolin 2021-ci ilin əvvəlində xalis sərvəti 71.5 milyard dollara çatan dünyanın ən varlı insanlarından biri olub.
Bununla belə, COVID-19 pandemiyası zamanı onun sərvəti kəskin şəkildə – bir ildə təxminən 87% azalıb. Karantin məhdudiyyətləri aradan qaldırıldıqdan sonra sahibkar tez bir zamanda bütün dünyada populyarlıq qazanan qlobal “Temu” platformasını işə salıb.
Ötən il xidmətin ana şirkətinin gəliri təxminən 248 milyard yuan (35 milyard dollar) təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 90% çoxdur.