11 C
Baku
Wednesday, November 13, 2024

“Temu”nun sahibi olan şirkət $55 mlrd. dəyər itirib

“Temu” və “Pinduoduo” marketpleyslərin daxil olduğu “PDD” holdinqinin səhmləri rüblük hesabatların dərcindən sonra demək olar ki, 30% ucuzlaşıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Bu, holdinqin səhmlərinin Nasdaq birjasında yerləşdirilməsi zamanı ən əhəmiyyətli eniş olub. Nəticədə, holdinqin kapitallaşması təqribən 55 milyard dollar, onun ən böyük səhmdar Kolin Huanqın sərvəti isə 14 milyard dollar azalıb.

Xatırladaq ki, avqustun əvvəlində cənab Huanq Çinin ən zəngin adamı olub, onun sərvəti 48.6 milyard dollar olaraq qiymətləndirilib. Birinci yeri 2021-ci ilin aprelindən bu il avqustun əvvəlinə kimi bu vəzifəni icra edən “Çinin su kralı” Çjun Şanşan qazanıb.

İkinci rübdə “PDD”nin gəliri 97 milyard yuan (13.4 milyard dollar) təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 86% çoxdur. Əməliyyat mənfəəti 156% artıb, eyni zamanda “PDD”nin əməliyyat xərcləri 48%, ümumi və inzibati xərclər isə 3 dəfə artaraq 258 milyon dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər