9 C
Baku
Monday, December 23, 2024

“Tencent” İndoneziyanın bulud infrastrukturuna $500 mln. sərmayə qoyur

İndoneziyanın yüksək texnologiya şirkəti “GoTo Group” Çinin “Tencent” və “Alibaba” şirkətləri ilə müqavilə imzaladığını açıqlayıb. Birgə layihə çərçivəsində ölkədə yeni məlumat mərkəzləri və digər bulud infrastrukturu yaradılacaq. “Tencent” bu layihəyə 500 milyon dollar sərmayə qoyacaq.

Qeyd edək ki, “Alibaba”nın İndoneziyada artıq üç məlumat mərkəzi var. İndoneziya hakimiyyət orqanları və şirkətləri ilə əməkdaşlıq çərçivəsində “Alibaba” 400 minə yaxın yerli vətəndaşa məlumat mərkəzlərində işləmək üçün təlim keçəcək.

Bu sazişin imzalanması İndoneziya prezidenti Prabovo Subiantonun Çinə səfərinin yekununda baş tutub. Həmin səfər zamanı Çin və İndoneziya şirkətləri arasında ümumi dəyəri 10 milyard dollardan çox olan birgə layihələrə dair sazişlər imzalanıb.

Son zamanlar getdikcə daha çox şirkət Cənub-Şərqi Asiya ölkələrində məlumat mərkəzlərinin və digər bulud infrastruktur obyektlərinin tikintisinə milyardlarla dollar sərmayə qoyur.

Təkcə oktyabr ayında “Google” Tailandda 1 milyard dollarlıq, “Oracle” isə Malayziyada 6.5 ​​milyard dollarlıq layihəyə başladığını elan edib. Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildən 2028-ci ilə qədər regionda belə infrastrukturun tikintisinə ümumi investisiyalar 110 milyard dollar təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər