8 C
Baku
Friday, December 13, 2024

“Tencent” şirkəti kapitallaşmasına görə “Facebook”u geridə qoyub

Çinin “Tencent” şirkəti bazar kapitallaşmasına görə “Facebook”u keçib. Bildirildiyi kimi, holdinqin səhmləri 28 iyulda Honkonq birjasında 4,5% bahalaşaraq 543,5 dollara çatıb (70,12 ABŞ dolları).

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, dünyanın ən bahalı sosial şəbəkəsi sayılan “Facebook”un səhmləri 230,12 dollar, kapitallaşması isə 656,15 milyard dollar təşkil edir.

“Tencent” şirkət “WeChat” messencerinə sahib olmaqla yanaşı, “Clash of Clans”, “Call of Duty” və “League of Legends” oyunlarının tərtibatçısıdır.

2020-ci ilin mart ayının sonunda “WeChat”ın auditoriyası ayda 1,2 milyarda çatmışdır. “Facebook”un sahib olduğu bütün sosial şəbəkələrin ( Instagram, WhatsApp və Messenger) auditoriyası isə aprel ayının sonunda 3 milyard nəfərdən çox olub.

Son xəbərlər
Digər xəbərlər