Çinin ən böyük şirkəti “Tencent”in kapitallaşması iyul ayının əvvəlindən 170.2 milyard dollar azalıb. Bu, dünya şirkətləri arasında rekord itki olub.
Banker.az bu barədə xarici KİV-ə istunadən xəbər verir.
“Bloomberg” agentliyinin verdiyi məlumata görə, iyul ayında ən çox itki verən 10 şirkətdən 9-u Çinin, biri isə Hollandiyanındır.
Hesablamalara görə, Çinin digər tanınmış şirkətləri “Alibaba” 103.9 milyard dollar, “Meituan” isə 87.9 milyard dollar itirib. Bu, Çin hökumətinin xarici birjalara çıxan şirkətlərə qarşı bir sıra məhdudiyyətlər tətbiq etməsindən sonra baş verib.
Bununla yanaşı, səlahiyyətlilər təhsil şirkətlərindən qeyri-kommersiya təşkilatına çevrilməyi və xarici kapitaldan imtina etməyi tələb edib.