Tender iştirakçıları bu məlumatları qoymalı olacaqlar – Prezidentdən fərman

Azərbaycanda satınlama müqavilələri üzrə açıqlamalarda onların vergi öhdəliklərinə dair informasiya (eləcə də keçmişinə) qeyd olunmalı olacaq.

Banker.az xəbər veirr ki, bu barədə A.R Prezident İlham Əliyev bununla bağlı “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişikliklə bağlı fərman imzalayıb.

Portalın texniki infrastrukturunda olan modulunda 3.3.13-cü yarımbəndinə “öhdəliklərin” sözündən sonra “, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud” sözləri əlavə ediləcək.

Həmin bənd:

3.3.13. malgöndərənlərin (podratçıların) VÖEN-i, hüquqi ünvanı, təsisçilərin adı, soyadı, atasının adı və ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı və ünvanı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə məlumatların əldə olunmasını;


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları