9 C
Baku
Thursday, December 12, 2024

Tender zamanı yol verilən xətalar

Zaman-zaman satınalmalar zamanı xətalara yol verilir. Bəs görəsən “Dövlət Satınalmalar” haqqında  qanunun əsas prinsipi nədən ibarətdir? Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Gördüyünüz kimi əsas mahiyyət dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi və  bərabər rəqabət mühiti yaradılması prinsipləri əsas hissə sayılır. Gəlin bunu daha dərindən təhlil edək. Dövlət vəsaitinin səmərəli və qənaətlə istifadəsi nə deməkdir?

Azərbaycan Respublikasının büdcə haqqında qanunun 8 maddəsində (dövlət büdcəsinin məqsədi) qeyd edilir ki,  Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Maddə 18-də (büdcənin icrası)  qeyd olunur ki, Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına və müvafiq maliyyə qaydalarına riayət etməmələrinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilər.

18.3. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına və ya onun yerli bölmələrinə, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edirlər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddə ilə müəyyən edilmiş hesabatlara müvafiq dövr üzrə hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər, artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri və vergi borcları barədə məlumatları əlavə edir.

Yuxarıda qeyd olunan qanunun 21.3 maddəsində qeyd olunur ki,  dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Yuxarıda sadalanan qanunverciliyin sualla bağlı hissəsinə qayıdaq.  Dövlət vəsaitinin səmərəli və qənaətlə istifadəsi nə deməkdir? Sualın əsas hissəsinə yağlı cümlələrlə cavab verilib. Xidmətlərin satınalınmasında qənaətçilik prinsipi əsas rol oynayır. Belə ki, Satınalmalar haqqında qanunun 41 maddəsindəki qeydə əsasən yerli mal təklif edən fiziki və ya hüquqi şəxsə üstünlük verilir. Təklif qənaət və səmərəlik prinsipinə söykənibsə həmin təşkilatın və ya fiziki şəxsin təklifi əsas götürülməlidir.

Tenderin qalibi müəyyən edilərkən

Tender qalibi müəyyən edilərkən təminatlıqdır. Satınalmalar haqqında qanunun tender üçün müraciət edən fiziki və ya hüquqi şəxsin təklif etdiyi mal və ya xidmətlər dəyəri digərlərindən aşağı olmalıdır. Görülən iş isə təminatlı olmalıdır. Bu günlərdə saytların birində bir xəbərə nəzər salaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti texniki və elektrik mallarının, proqram təminatlarının, lisenziyaların satın alınması, quraşdırma və digər işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Newscafe” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Caspel” MMC-dir.

Qalib şirkətə 2 754,1 min manat ödənilib.

Qeyd edək ki, “Caspel” MMC-nin 1 367 488,15 manat vergi borcu var. MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Ceyhun Quliyev Məhi oğludur.

Əslində burada diqqət çəkən məqam 1 367 488, 15 şirkətin vergi orqanına borcu var. Amma yenə də qalib olur. Çox vaxtı borcu olan şirkətlərin 20 qəpik borcu olsa belə, tenderdə iştiraka buraxılmır. Çünki borcu olan fiziki və ya hüquqi şəxsə  misalda göründüyü kimi 2 754,1 manat ödənilsə o bütövlükdə borca silincək.  Belə olan halda borcu olmayan təşkilata üstünlük verilir. Məsələn digər tərəfi təminatlıqdır. Ola bilər qeyd olunan şirkət qalib olan vaxtadək 1 367 488,15 borcunu ödəyib sonra prosesə qoşulub. Təşkilat işin və ya xidmətin göstərilməsinə təminat verməlidir. Digər misal: “A” MMC tenderin qalibidir. İşə başladıqda onun borcu yaranır. Amma müqavilədə onun təminatlılıq öhdəliyi var. Hesabına vəsait köçsə də, o öhdəliyi yerinə yetirmək üçün üzərinə düşən işi yerinə yetirməlidir. Onun əlavə resursları olmalıdır. Büdcə təşkilatı da, vəsaiti qənaətlə istifadə etmək üçün bu qeydləri nəzərdən keçirməlidir.

 

Bərabər rəqabət mühiti yaradılması prinsipləri

Bərabər rəqabət mühiti yaradılması prinsipləri əsas hissədir. Çox vaxt büdcə təşkilatı burada səhvlərə yol verir. Nəticədə narazılıq yaranır. Misal: “A” büdcə təşkilatı tender elan edir. Özünə yaxın olan və onunla qabaqcadan razılaşan təşkilatları tenderə qatır. Nəticədə dırnaq arası razılaşmaya şifahi imza atan təşkilat qalib olur. Digərlərini müxtəlif yollarla uzaqlaşdırır. Misal: Vaxt keçib, göndərdiyiniz  təklif vaxtında çatmayıb, tender üçün rüsumu vaxtında və ya düzgün banka ödəməmisiniz, vergiyə 1 qəpik borcunuz var və sair bahənələr gətirir. Nəticədə bərabər rəqabət mühiti yaradılmır. Narazı olan hüquqi və ya fiziki şəxs məhkəmələrə üz tutsa da, heç bir faydası olmur. Tv-də müxtəlif qurumların belə oyunlara getməsinin şahidi oluruq. Narazılıqların yaranmaması üçün qeyd olunan hallar aradan qaldırılmalıdır.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər